Avstraliya sakini 1 il öncə aldığı lotereya biletinin uduşa düşdüyünü yenicə öyrənib.

Metbuat.az bildirir ki, lotereya biletini aldığı zaman yoxlamağı unudan və təsadüf nəticəsində onu yenidən internetdə yoxladan şəxs 1 milyon Avstraliya dolları (770 min ABŞ dollar) qazandığını bilib. Sözügedən şəxs heç də məyus olmadığını, əksinə, bileti saxladığı üçün sevindiyini ifadə edib.

Orxan / Metbuat.az