İlqar Məmmədov adlı vətəndaş iş qurmaq məqsədilə kredit təşkilatından götürdüyü pulu planları alt-üst olduğuna görə geri qaytarmaq istəyib. Bu zaman tanışının təklifi ilə pulu ona verib ki, başqa bir biznes qursunlar.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, kredit müqaviləsinə əsasən, İlqar Məmmədovun aylıq ödənişi 1097 manat təşkil edib. Ödənişlərin qaytarılmasında yubanmalar olduğuna görə əsas borcun üzərinə faiz gəlib və məbləğ 27 min manatı ötüb. Zərərçəkən şəxs həm də faizlərin qanunsuz olaraq artırıldığını düşünür.

Daha sonra isə bank olmayan kredit təşkilatı verilən kreditin geri qaytarılmadığını görüb vətəndaşın Xətai rayonunda yaşadığı və girov qoyduğu mənzili hərraca çıxarıb. Mənzil ötən ilin oktyabrında 44 min manata başqa bir şəxsə satılıb. İlqar Məmmədov evinin ucuz satılmasından narazıdır.

Məsələ ilə bağlı "Grand" bank olmayan kredit təşkilatının hüquqşünası Sənan Musayev müsahibə verməsə də, şifahi olaraq bildirdi ki, müştəri borcu qaytara bilmədiyinə görə qanunvericiliyə uyğun olaraq onun mənzili məhkəmə tərəfindən 52 min manata qiymətləndirilib. İlk hərracda satılmadığına görə ikinci hərracda 15 faiz ucuz - 44 min manata satılıb. Bununla da İlqar Məmmədovun borcu bağlanıb və artıq qalan məbləğ İlqar Məmmədovun hesabına yatırılıb.

Digər tərəfdən 20 min manatlıq kreditin 27 min manata çatması isə kredit müqaviləsinin səkkizinci bəndindəki cərimə faizləri ilə bağlı müddəaya əsaslanır və həmin bənd də müvafiq məhkəmələr tərəfindən təsdiq edilib.

O ki qaldı İlqar Məmmədova borcu olan şəxsin öz borcunu qaytarmaması məsələsinə, onun mülkiyyətində heç bir əmlak olmadığına görə, pulun qaytarılması onun pensiyasına yönəldilib. İlqar Məmmədov bundan da narazıdır.

Bu hadisə bir daha onu göstərir ki, vətəndaşlar kiməsə borc verərkən diqqətli olmalıdırlar. Üstəlik söhbət evin girov qoyulmasından gedirsə.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Götürdüyü krediti başqasına verdi: Həmin şəxs borcu qaytarmır, nəticədə ev əldən çıxdı - VİDEOGötürdüyü krediti başqasına verdi: Həmin şəxs borcu qaytarmır, nəticədə ev əldən çıxdı