Sosial şəbəklərdə bloggerlərin paylaşdıqları videolar çox böyük marağa səbəb olur və geniş auditoriya tərəfindən izlənir. Bunun səbəbi isə onların yüz minlərlə izləyici kütləsinə malik olmalarıdır. Son zamanların trendinə çevrilmiş bu məşğuliyyət həm də yaxşı gəlir mənbəyidir.

Metbuat.az Baku.ws-ə istinadən bildirir ki, azərbaycanlı bloggerlərin qiymətləri paylaşdıqları postdan asılı olaraq, 300-2000 manat arası dəyişir. Onların paylaşdıqları vine çəkilişləri 800-1000 manatdan yuxarı başa gəlir.

Videoblogger Hüseyn Əzizoğlunun reklam üçün çəkdiyi vine 1000 AZN-dir. Videoblogger Mənsur Şərifin paylaşdığı 1 günlük postun qiyməti 200, 1 həftəlik 400, 1 aylıq isə 800 manat təşkil edir. Videoblogger Nikonun isə paylaşdığı 1 günlük postun qiyməti 150 manat, həftəlik 400 manat, 1 aylıq 800 manatdır. Videobloggerlər kənardan əlavə 100-200 manat aşağı qiymətə təklif edilən işlərdən isə imtina edirlər.

Harun Məmmədov dublyaj edərək məşhurlaşan videobloggerlərdəndir. Onun səhifəsində reklam paylaşımı etmək 300 manatdır.

Videoblogger Sabir Samiroğlu isə postu 1 gün üçün 100, 3 gün üçün 150, 1 həftə üçün 200, 1 aylıq 300, ayda 3 paylaşım üçün isə 500 manat müəyyən edib. Reklam üçün vine çəkilişi 1 həftə üçün 300 manat, 1 ay üçün 500 manatdır.

Tanınmış videoblogger Taleh Yüzbəyovun reklam üçün tələb etdiyi vəsait 1000-1500 manat arasıdır.

"İkibaşlı" səhifəsinin hazırladığı reklam videoları isə nisbətən daha bahadır. Belə ki, gənclərin götürdükləri reklamlar 2000 AZN-dən başlayır və ssenaridən asılı olaraq arta bilər.

Digər videobloggerlər Altun Mətləboğlu, Elvin – İbra və Sabi.piri isə suallarımıza cavab verməkdən yayınıb.

Sizə Azərbaycanda reklam fəaliyyəti ilə məşğul olan bəzi bloggerlərin səhifələrini təqdim edirik:

Azərbaycanlı videobloggerlərin bir paylaşım qiyməti -