Premyer Liqada XXI turun təyinatları açıqlanıb. Fanat.Az xəbər verir ki, “İnter” - “Qəbələ” oyunu Fariz Yusifova tapşırılıb.

"Sumqayıt" - "Qarabağ" görüşündə Ramil Diniyev fit çalacaq. FIFA referisi Rəhim Həsənov "Neftçi" - "Zirə" matçına təyinat alıb. "Kəpəz" - AZAL oyununda isə Orxan Məmmədov ədaləti qoruyacaq.


4 mart (şənbə)

16:00. “Sumqayıt” - “Qarabağ”

Hakimlər: Ramil Diniyev, Yaşar Abbasov, Namiq Hüseynov, Ziya Nəsirov

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Rövşən Əhmədov

Sumqayıt. Şəhər stadionu


20:00. “İnter” - “Qəbələ”

Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ömər Paşayev

AFFA nümayəndəsi: Abbas Hüseynov

Hakim-inspektor: Əhmədağa Cabbarov

“İnter Arena”


5 mart (bazar)

15:00. “Kəpəz” - AZAL

Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Mehman Mahmudov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Kərim Ağayev

Gəncə şəhər stadionu


18:00. “Neftçi” - “Zirə”

Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Cavanşir Yusifov, Əliyar Ağayev

AFFA nümayəndəsi: Rauf Əmirov

Hakim-inspektor: Şaiq Həmidov

8-ci km stadionu


Fanat.Az