Daima şeirləri ilə gündəm yaratmağı bacaran Əməkdar artist Elza Seyidcahan "İnstaqram" səhifəsində yeni şeirini paylaşıb. Onun bu şeiri isə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.
Metbuat.az Elzanın yeni şeirini təqdim edir:
Gözlərimə gün düşəndə
Gözlərimin rəngi gülür
Gül çəməndə siz öpüşəndə
Mən görürəm sizi düşünəndə
Düz - təpəmdə
Sürüşəndə, sürüşəndə
Sürüşün görüm,
Sürüşə-sürüşə,
Hara gedəzsiz üzülüşəndə
Onda məni haraylayar
Çağırarsız
Bir-birinizə girişəndə…?
Rəvan Nasiroğlu / Metbuat.az