Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu irimiqyaslı təxribatlarından sonra təmas xəttində vəziyyət gərgin olaraq qalır. Beynəlxalq beyin mərkəziləri və analitiklər Dağlıq Qarabağga genişmiqyaslı hərbi toqquşmalar barədə xəbərdarlıq edirlər. Suriyada nisbi sakitlik müşahidə edilsə də, mövcud situasiya proseslərin təhlükəli istiqamətdə inkişaf etdiyini göstərir. İŞİD terror təşkilatı yarandığı gündən bu yana ilk dəfə məğlubiyyəti qəbul edib.

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətdi. Düşmən təxribatının qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımızın nəşləri fevralın 27-də beynəlxalq vasitəçilərin iştirakı ilə döyüş meydanından təxliyə edilib.

Martın 2-nə keçən gecə cəbhənin Ağdərə-Tərtər istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib. Müdafiə Nazirliyindən verilən məlumata görə, dərhal görülən tədbirlər nəticəsində düşmənin canlı qüvvəsi məhv edilib və o, geri çəkilməyə məcbur olub.

Fevralın 25-dən martın 2-si tarixi də daxil olmaqla Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, qoşunlarımız tərəfindən müxtəlif istiqamətlərdə düşmənə qarşı görülən cavab tədbirləri nəticəsində qarşı tərəfin itkiləri ölən və yaralananlarla birlikdə 30 nəfərə yaxındır. Bu haqda Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, İctimai Palatanın üzvü, politoloq Sergey Markovun sözlərinə görə, Dağlıq Qarabağda gərginliyə səbəb olan hücumu Ermənistan tərəfi edib.

“Biz mənzərəni tam aydınlaşdıra bilməsək də, erməni hərbi nümayəndələrinin bəyanatları hücumun onlar tərəfindən edildiyini göstərdi”, - politoloq deyib.

S.Markov Ermənistanın hücuma keçməsinin 4 səbəbini və əsas planını açıqlayıb.

Qarabağ üçün 10 il əvvələ QAYIDIŞ, müharibənin DÖRD SƏBƏBİ...–HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Qarabağdakı döyüşlərin 4 SƏBƏBİ: Putinin adamı BÜTÜN SİRLƏRİ AÇDI

Putinin adamı gizlinləri gün işığına çıxardı.