Keçmiş millət vəkili Sabir Rüstəmxanlının kürəkəni Elçin Cəfərovun illər öncə oxuduğu “Gecələrdə” adlı mahnısını xalq artisti Aygün Kazımova özünəməxsus tərzdə ifa edib.
Metbuat.az xəbər verir ki, “ATV maqazin onlarla" verilişinə müsahibə verən Aygün Kazımova, manhnı ona başqa cür təsir etdiyi üçün oxumaq qərarına gəldiyini açıqlayıb. Elçin Cəfərov isə Aygün Kazımova ilə növbəti iş birliyinə hazırlaşır:
“Şıltaq tərzdə mahnı yazanda Aygün Kazımova yadıma gəlir. Çünki bu şou-biznesdə elə bir adam yoxdur ki, ona mahnını verəsən, ikinci dəfə ifa etsin...”
Aygün Kazımova isə sözügedən məsələyə belə münasibət bildirib:
“Bir mahnını bir neçə nəfər oxuya bilər. Bir geyimi müxtəlif insanlar geyinə bilər, lakin hamıya yaraşmaya bilər. "Gecələrdə" mahnısı mənə xoş təsir edib və oxumaq istədim. Mahnı ilk dəfə "106,3" FM-də səslənəcək”.
Rəvan Nasiroğlu / Metbuat.az