Sabah 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı Metbuat.az şou-biznes nümayəndələri arasında sorğu keçirib.

Kişi müğənnilərimiz xanımlara hansı hədiyyələr almağı planlaşdırır?

Nadir Qafarzadə

“Böhrandır, nə hədiyyə?! Bu gün evinə bir tikə çörək apara bilən kişi özü hədiyyədir. Bizim də toyumuz yox, pulumuz yox! Mən özüm hədiyyəyəm, 24 ildir onunla birlikdə ömrümü davam etdirirəm. Həyat yoldaşım heç hədiyyə də gözləmir”.

Kişi müğənnilərimiz 8 Martda nə alacaq?

Rəşad İlyasov

“Bütün qadınların bayramını təbrik edir, onlara xoşbəxtlik arzu edirəm. Yanlız gül alacam. Digər özəl günlərdə zinət əşyaları yaxud ətir almışamsa, bu gün ancaq gül almağı planlaşdırıram. Ancaq səhər-səhər gül dükanlarına yaxın düşə bilmədim və bu məni sevindirdi. Demək ki. Qadınlarımıza verilən dəyər günü-gündən artır”.

Kişi müğənnilərimiz 8 Martda nə alacaq?

Əbdülxalid

“Bu günlərdə xanımlara xüsusi diqqət göstərmək gərəkdir. Xüsusi bir istək olmadığı halda mən gül, yaxud da ətir almağı düşünürəm”.

Kişi müğənnilərimiz 8 Martda nə alacaq?

Emil Bədəlov

“Bütün xanımların bayramını təbrik edirəm. Həyat yoldaşım özü hədiyyə seçəcək. Ancaq belə günlərdə əsasən ya gül, ya da ətir alıram”.

Kişi müğənnilərimiz 8 Martda nə alacaq?

Rəvan Nasiroğlu / Metbuat.az