Rusiya Diplomatik Akademiyasında çıxış edən Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas şərti açıqlayıb. Ermənistan prezidenti Serj Sarkisyan bu gün Fransaya səfər edib. Bu gün Türkiyə, ABŞ və Rusiya Baş qərargah rəisləri Türkiyənin Antalya şəhərində görüşüb. Koreya yarımadası ətrafında gərginlik artmaqdadır. Ukrayna prezidentinin məsləhətçisi Donbasda müharibənin başa çatacağı tarixi proqnozlaşdırıb.

Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycanın xarici siyasətinin əsas prioriteti olduğunu deyən Azərbaycanın Xarici İşlər naziri bildirib ki, münaqişənin bu günə kimi həll edilməməsi regionun inkişafına əsas maneədir.

Azərbaycan XİN başçısı Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün Ermənistanın siyasi iradə göstərməli olduğunu vurğulayıb.

Elmar Məmmədyarov Rusiya Diplomatik Akademiyasında çıxışı zamanı Şimali Koreyanın raket buraxmasını da şərh edib. O, bunu təhlükəli tendensiya adlandırıb. Nazir söyləyib ki, Şimali Koreyanın raket texnologiyalarını inkişaf etdirməsi regionda yeni gərginlik dalğası yaradıb.

“Bu, Cənubi Koreya və Yaponiyanı narahat olmağa məcbur edir. BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın raket sınağını qınayan növbəti qətnaməni nəzərə alsaq, bu məsələyə digər tərəfdən yanaşıb daha qəti tədbirlər görmək lazımdır. İstənilən halda Pxenyandakı rəhbərliyə Nyu Yorkdan edilən xəbərdarlıqlar, eləcə də sanksiyalar təsir etmir”.

Qeyd edək ki, Şimali Koreya sonuncu ballistik raket sınağını martın 6-da keçirib. Amerika məhz buna görə artıq THAAD raketdən müdafiə sistemlərini Cənubi Koreyada yerləşdirməyə başlayıb.

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland bu həftənin sonu Azərbaycana səfər edəcək. Amerikalı həmsədr səfər çərçivəsində Azərbaycanda rəsmi şəxslərlə görüşlər keçirəcək.

ABŞ Mərkəzi Kəşfiyyatının “kölgəsi” hesab olunan “Stratfor” beyin mərkəzi Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyəti və perspektivləri analiz edib. Mərkəz 2016-cı ildə “aprel döyüşü”nün parıltısının bu il də meydana çıxdığını yazıb.

“Bu münaqişə xarici oyunçudan – Rusiyadan asılıdır. Lakin regionda üstün mövqeyə malik olmasına baxmayaraq, Rusiyanın vasitəçiliyində ötən ildə heç bir irəliləyiş olmadı. “Aprel müharibəsi” bu il yenidən qayıdır və görünən odur ki, Ermənistan-Azərbaycan arasında hərbi toqquşmalar ehtimalı yüksək olaraq qalacaq”. – məqalədə qeyd edilib.

Məqalədə “aprel müharibəsi” xatırlanır və qeyd olunur ki, Rusiya erməni müttəfiqlərini dəstəkləmədi və neytral mövqe tutdu: “Bununla həm də Bakının böyük azadlığa malik olması mesajı verilirdi”.

“Stratfor” Rusiyanın Dağlıq Qarabağ münaqişəsində “Lavrov planı”nı tətbiq etmək arzusunda olduğuna diqqət çəkib.

Qarabağı qaytaracaq ADAMLAR, müharibənin başa çatacağı TARİX.... – GÜNÜN SİYASİ XÜLASƏSİ

ABŞ kəşfiyyatı Putinin Qarabağ PLANINI ORTAYA ÇIXARDI: bizi nə gözləyir? - DETALLAR

Putinin Qarabağ ssenarisi belə olacaq