Son günlər başı qalmaqaldan ayrılmayan müğənni Rəqsanə İsmayılova sosial şəbəkədə arzuladığı avtomobilin fotosunu paylaşıb.
Metbuat.az xəbər verir ki, ifaçı həyat yoldaşına müraciət edərək, ona ad günündə yeni avtomobil almasını istəyib. Müğənni paylaşdığı fotoya belə şərh verib:
“Onun arabası var, gözəldir, özəldir. Sürücüsü də var, yamandır, radardır. Basdımı qaza, qırmızı da yaşıldır. Özü də ki, birbaşa MMX-dır. Sevgilim, məncə buna ehtiyac yoxdur...
8 Mart da belə getdi, qaldı 25 may. O gün isə sənin yox, sevənlərimin, məni Rəqsanə edən tamaşaçımın yanında olacam. Amma sənin o gün çox pul xərcləmən lazım olacaq. "Böhrandır" deyib, “krisa"lıq etməzsən...”.
Rəvan Nasiroğlu / Metbuat.az
