Son dövrlərdə ölkəmizdə keçəlləşmə hallarının artması müşahidə edilir. Həkimlər bunun müxtəlif səbəblərdən ortaya çıxdığın açıqlayır.

Metbuat.az xəbər verir ki, yerli şou-biznes nümayəndələri də bu problemdən əziyyət çəkənlər arasındadır. Onlardan bir çoxu keçəlləşmənin qarşısını almaq üçün müalicə alır, yaxud da saç əkdirir.

Bunlardan biri də ATV telekanalının aparıcısı Şəhriyar Əbilovdur. Şəhriyar uzun müddət saç tökülməsi ilə mübarizə aparmaq üçün müalicələr alıb. O, saç əkdirənlər sırasındadır.

Azərbaycanda keçəllikdən əziyyət çəkən məşhurlar

Elariz Məmmədoğlu da uzun müddətli müalicə nəticəsində yenidən saçlarına qovuşanlar sırasındadır.

Azərbaycanda keçəllikdən əziyyət çəkən məşhurlar

Son dövrlər saçında seyrəlmə müşahidə olunan Nadir Qafarzadə isə açıqlamalarının birində, saç əkdirə biləcəyini vurğulamışdı. Qeyd edək Nadir Qafarzadə bu günə qədər bir dəfə saç əkdirib.

Azərbaycanda keçəllikdən əziyyət çəkən məşhurlar

Saçı tökülən, lakin bundan heç narahat olmayanlardan biri də müğənni Eyyub Yaqubovdur. O, saç əkdirmək niyyətində də deyil.

Azərbaycanda keçəllikdən əziyyət çəkən məşhurlar

Şou-biznesin görünməyən, lakin fəaliyyətdə olan müğənnisi Teymur Əmrah da artıq uzun illərdir saçlarına əlvida deyib. İfaçı bu illər ərzində heç bir müalicə almayıb.

Azərbaycanda keçəllikdən əziyyət çəkən məşhurlar

Əməkdar artist Səlim Abbasov da saç əkdirənlər sırasındadır.

Azərbaycanda keçəllikdən əziyyət çəkən məşhurlar

Vasif Məhərrəmli illər öncə keçəllikdən əziyyət çəksə də, daha sonra saç əkdirib. O, bu problemindən xilas olub.

Azərbaycanda keçəllikdən əziyyət çəkən məşhurlar

Rəvan Nasiroğlu / Metbuat.az