Almaniyanın Frankental şəhərində bıçaqla silahlanmış naməlum şəxs yoldan keçənlərə hücum edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

İnsident şəhərin mərkəzində baş verib. Polis cinayətkarı saxlayıb. İnsidenti törədənin şəxsiyyəti və onun motivləri barədə məlumat verilmir.

Milli.Az