İqtisadiyyat Nazirliyindən "Report"a verilən xəbərə görə, "Mövcud və yeni ixrac bazarlarına cıxış imkanları", "Kənd təsərrüfatında logistika", "Biznes planların və investisiya layihələrinin hazırlanması" və "Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi" mövzularını əhatə edən treninqlərdə ixrac bazarları, ixrac sahəsində mövcud qanunvericilik, ixracatçılar üçün güzəştlər və stimullaşdırıcı tədbirlər, ixracyönümlü məhsulların istehsalı, innovativ texnologiyalar, logistik mərkəzlərin yaradılması və s. barədə məlumat verilib.
Eyni zamanda tədbir iştirakçıları Apellyasiya Şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları, nazirlik tərəfindən göstərilən elektron xidmətlər barədə məlumatlandırılıb. Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib.