"Qəbələ" "Neftçi" ilə bacarmadı

Azərbaycan Premyer Liqasında 22-ci tura yekun vurulub.

Metbuat.az-ın məlumatına görə, turun son matçında "Neftçi" "Qəbələ"ni qəbul edib. 39-cu dəqiqədə fərqlənən Namiq Ələsgərov ev sahiblərini hesabda önə keçirib. Qalan dəqiqələr ərzində qapılara qol vurulmayıb. Beləliklə, 0:1 hesabı ilə məğlub olan "Qəbələ" birinci pilləni "Qarabağ"a təhvil verib.

Azərbaycan Premyer Liqası

22-ci tur

14 mart (çərşənbə axşamı)

“Neftçi” – “Qəbələ” - 1:0

Qol: Namiq Ələsgərov, 39

Hakimlər: Elvin Əsgərov, Vaqif Musayev, Mehman Mahmudov, Ömər Paşayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Şaiq Həmidov
8-ci km qəsəbə stadionu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR