“Bir gün gələr biz də həmin fəlsəfəyə uyğun gələrik” – İlqar Qurbanov

“Bir gün gələr biz də həmin fəlsəfəyə uyğun gələrik” – İlqar Qurbanov
22:22 14 Mart 2017
70 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, AZAL-la oyunda minimalhesablı qələbə qazanan "Qarabağ"ın cinah müdafiəçisi İlqar Qurbanov oyundan sonra sualları cavablandırıb.
 
- Oyunla bağlı təəssüratlarınızı bölüşərdiniz...

- Qələbə qazandığımıza görə sevincliyik. Çox maraqlı, sürətli oyun oldu. Yaxşı oynadıq, mübarizə apardıq, daha çox qol vurmaq üçün imkanlarımız da var idi. Finişə yaxınlaşırıq, gərgin mübarizə gedir. İndiki məqamda xal itirmək böyük itki olardı. İndi daha inamla, səbrlə oynayırıq.
 
- Sizdən sonra "Qəbələ" "Neftçi"nin qonağı olacaq. Hansı nəticəni gözləyirsiniz?

- Əlbəttə, özümüzə sərf edən nəticəni gözləyirik. Əsas öz oyunumuzdu. Qalan matçlarımızdan da qalib ayrılsaq, avantaj tərəfimizdə olacaq.
 
- Birinci hissədə komandanızda sanki aqressiya çatışmırdı, hücumlarınız kəsərli alınmırdı...

- Sona yaxınlaşdıqca gərginlik artır. Buna görə çalışırsan ki, daha sakit, təmkinli oynayasan. Bununla belə imkanlarımız yox deyildi. Qol vura bilməyəndə təmkinini bir qədər də artırmalısan, çünki qapıda qol görə bilərsən. İkinci hissədə tempi artırdıq və nəticədə lazım olan qolu vurduq.
 
- Klubunda ehtiyatda qalan Arif Daşdəmirovun milliyə dəvət edilib sizin kənarda qalmağınız əhvalınıza təsir edirmi?

- Yox. Bu sualı hər dəfə verirlər, mən nə cavab verim? Arif də komanda yoldaşımdı. Bu məsələylə bağlı bir söz deyə bilmərəm.
 
- Bəs Arif özü etiraf etmir ki, siz milliyə daha çox layiqsiniz?

- Bu nə Arifə, nə də mənə veriləsi sualdı. Amma yığmada oynamaq istəyirəm. Artıq 7 ildi milli komandaya dəvət edilmirəm.
 
- Bəlkə Prosineçkinin fəlsəfəsinə uyğun gəlmirsiniz?

- O nə fəlsəfədi, bilmirəm. Bir gün gələr biz də həmin fəlsəfəyə uyğun gələrik.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/526210.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR