Bakıda ölüm saçan sərnişin avtobusları...

Binəqədi qəsəbəsindən metronun "Azadlıq" stansiyasına gedən 133, 155 nömrəli avtobus xətləri hər gün normadan artıq sərnişin daşıyırlar.

Metbuat.az xəbər verir ki, içəri keçə bilmədikləri üçün qapıdan sallananlar, gedəcəkləri mənzil başına qədər yola belə davam edirlər. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, görünür nə avtobus sürücüləri, nə də sərnişinlər bu xəbərdarlıqlara məhəl qoymur.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi sözügedən məntəqə üzrə sıxlığı aradan götürmək üçün ciddi tədbirlər gördüyünü açıqlayıb.

Həmin avtobusların fotolarını təqdim edirik:

Rəvan Nasiroğlu / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR