Azərbaycanın baş prokuroru yaxın qohumunu itirdi

Azərbaycanın baş prokuroru yaxın qohumunu itirdi
12:32 7 Yanvar 2015
141 Sosial
Ölkə mətbuatı
A- A+

Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Zahid Qaralov dünyasını dəyişib. Bu barədə Trend YAP-dan məlumat verilib.

Verilən məlumata görə, Z.Qaralov dünyasını Almaniya xəstəxanalarından birində dəyişib.

Xatırladaq ki, Qaralov Zahid İbrahim oğlu 10 iyul 1934-cü ildə Gürcüstanın Başkeçid rayonunun Ormeşən kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) fizika-riyaziyyat fakültəsini bitirmişdir. Pedaqoji elmlər doktoru, professordur. Respublikanın əməkdar müəllimidir.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. 1976-cı ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər institutunun direktoru təyin olunmuşdur. Bir neçə dərslik və dərs vəsaitinin müəllifidir.

Məşhur 91-lərdəndi. Yeni Azərbaycan Partiyasını Səbail rayon təşkilatının sədri idi.

Riyaziyyatçı alim, pedaqoq, pedaqoji elmlər doktoru, professordur.

Allah rəhmət eləsin!

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/317704.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR