Amerikanın Kentukki ştatında yerləşən bu qorxulu yer “Vaverli Hills” adlı sanatoriyadır.

Bina 1910-cü ildə Vərəm xəstələrinin müalicəsi üçün tikilib. Həmin dönəmdə vərəm sağalmaz xəstəlik olduğudan, bu xəstələrdən əziyyət çəkənlər cəmiyyətdən təcrid olunmuş şəkildə saxlanılırmış. 1961-ci ildə sanatoriya bağlanılıb. Xəstəliyin müalicəsi tapılana kimi bu sanatoriyada 64 min insan həyatını itirib.

Bu binada 64 min insan ölüb

Sanatoriya bağlandıqdan bir il sonra ruhi xəstəxana olaraq yenidən fəliyyətə başlayıb. Lakin xəstələrə işgəncə etdildi üçün, xəstəxana 1982-ci ildə yenidən bağlanılıb.

Bu binada 64 min insan ölüb

Xəstəxana bağlandıqdan sonra binada bir-birinin ardınca qeyri-adi hadisələr qeydə alınmağa başlayıb. Özəlliklə də binanın 3 və 5-ci mərtəbələrində.

Bu binada 64 min insan ölüb

Binanın ən məşhur otağı isə 502 nömrəli otaq, ən qorxulu hissəsi isə ölən xəstələrin cənazə arabalarında aparıldığı “Ölüm tuneli” adlanan 150 metrlik tuneldir.

Bu binada 64 min insan ölüb

2006-cı ildə lentə alınan“Spooked - The Ghosts of Waverly Hills Sanatorium” filmi bu sanatoriyada yaşanan hadisələr əsasından ssenariləşdirilib.

Bu binada 64 min insan ölüb

XX əsrin ən qorxunc hadisələrinin yaşandığı bu tarixi məkana turistlər aparılmır. Deyilənə görə, gündüz vaxtı həmin yerdə gəzmək belə cəsarət tələb edir.

Bu binada 64 min insan ölüb

Xəyalə Məmmədova / Metbuat.az