"Eden Azara görə 100 milyon avro ödəmək "Real" üçün problem deyil"

"Real" heyətini "Çelsi"nin yarımmüdafiəçisi Eden Azarla gücləndirmək istəyir.

Metbuat.az-ın məlumatına görə, son olaraq Madrid klubunun eks-prezidenti Ramon Kalderon mümkün keçid haqda fikirlərini media nümayəndələri ilə bölüşüb. O, "Real"ın ulduz futbolçu müqabilində 100 milyon avro ödəyə biləcəyini istisna etməyib:

"Çelsi" oyunçu satan klub deyil. "Real"ın işi çətindir.

Hər şey futbolçunun istəyindən asılıdır. Əgər istəsə, transfer baş tutacaq. Hər şey onun əlindədir. "Real"da oynamaq istədiyini bəyan edən kimi danışıqlar başlayacaq.

"Çelsi" böyük məbləğ tələb edəcək. Transfer bazarındakı vəziyyət bəllidir: Ronaldo, Beyl, Poqba... 100 milyon adi hal alıb.

"Real"da maliyyə tərəfdən hər şey qaydasındadır. Düşünürəm ki, Eden Azara görə 100 milyon avro ödəmək onlar üçün problem deyil".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR