Macarıstanın Sombathey şəhərində güləş üzrə U-23 Avropa çempionatı başlayıb. İlk yarış günündə 57, 65, 74 və 97 kq çəkidə sərbəst güləşçilər mübarizə aparır.

Metbuat.az-ın məlumatına görə, bu gün mübarizəyə qoşulan dörd güləşçimizdən Teymur Məmmədov 65 kq çəki dərəcəsində finala yüksəlib. Pərviz İbrahimov və İsmayıl Abdullayev isə bürünc medal qazanmağa yaxındırlar.

57 kq çəkidə mübarizə aparan Pərviz İbrahimov Rumıniya və Gürcüstandan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Rusiya idmançısı ilə gərgin keən yarımfinal görüşündə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb.

65 kq-da yarışan Teymur Məmmədov finala qədər bütün rəqiblərini üstələyib. İlk görüşdə Rusiya, ardınca Slovakiya, Ukrayna və İsveçrə idmançılarını məğlub edən güləşçimiz finala yüksəlib. Həlledici görüşdə rəqib Türkiyə idmançısı olacaq.

74 kq çəkidə mübarizə aparan İsmayıl Abdullayev İsveç və Litvadan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Yarımfinalda Fransa təmsilçisinə məğlub edən güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq.

57 kq

Bürünc medal görüşü - Andrii Yatsenko (UKR) - Pərviz İbrahimov
1/2 final - Azamat Tuskaev (RUS) - Pərviz İbrahimov 3:2
1/4 final - Pərviz İbrahimov - Ramaz Turmanidze (GEO) 17:7
1/8 final - Razvan Marian Kovacs (ROU) - Pərviz İbrahimov 0:11

65 kq
FİNAL - Haydar Yavuz (TUR) - Teymur Məmmədov
1/2 final - Marc Dietsche (SUI) - Teymur Məmmədov 0:10
1/4 final - Oleksii Boruta (UKR) - Teymur Məmmədov 4:7
1/8 final - Elbrus Çertkoev (SVK) - Teymur Məmmədov 0:3
1/16 final - Teymur Məmmədov - Imam Aciyev (RUS) 2*:2

74 kq
Bürünc medal görüşü - Andrey Karpaç (BLR) - İsmayıl Abdullayev
1/2 final - İsmayıl Abdullayev - Zelimxan Hacıyev (FRA) 0:10
1/4 final - Andrius Mazeika (LTU) - İsmayıl Abdullayev 8:12
1/8 final - Carl Eric Henrik Martengaard (SWE) - İsmayıl Abdullayev 0:13

97 kq
1/8 final - Yunus Emre Dede (TUR) - Pərviz Axundov 10:0