Rusiyanın əməkdar aktrisası Yelena Varabyovanı Ukraynaya buraxlmayıb.
Metbuat.az xəbər verir ki, bu barədə o, “İnstaqram” səhifəsində paylaşım edib.
“Hazırda Kiyevdə hava limanında oturmuşam və çox xoşagəlməz halla qarşılaşdım, məni Ukraynaya buraxmırlar”.
Yelena Varabyova bugünkü konsertə bilet alan Ukrayna vətəndaşlarına üzüldüyünü bildirərək, onlardan üzr istəyib.
Qeyd edək ki, fevral ayında Milli Təhlükəsizlik Nazirliyi (MTN) Stanislav Sadolskinin də Ukraynaya girişinə qadağa qoymuşdu.
Xəyalə Xatun / Metbuat.az
