"Pink star" - qüsursuz çəhrayı daş "Sotheby" hərracında rekord qiymətə satılaraq, dünyanın ən bahalı brilliantı adını qazanıb.
Metbuat.az bildirir ki, Honkonqda keçirilən hərracda sözügedən brilliant 71,2 milyon dollara satılıb. Bununla da, ötən ilin may ayında "Christie" hərracında 57,6 milyon dollara satılan "Sineva Oppenheimer" böyük mavi brilliantın rekordunu qıraraq, ən bahalı almaz olub. 59,6 karat olan çəhrayı brilliant qüsursuz təbii çəhrayı rəngdə, oval formada olub dünyanın ən böyük brilliantı hesab edilir.
Xəyalə Xatun / Metbuat.az
