Kanada, Belçik və İsraildən olan mütəxəssislər antibiotik tərkibli dərmanların insan orqanizminə təsirini araşdırıblar.

Metbuat.az bildirir ki, araşdırma nəticəsində sözügedən dərmanlardan istifadənin irəliləyən yaşlarda fəsadlarla nəticələnə biləcəyi məlum olub. Uzun illər həkim-bioloqlar gəmiricilərin üzərində testlər aparıblar. Siçovulların üzərində aparılan müşahidələrdən məlum olub ki, erkən yaşlarda antibiotik tərkibli dərmanların istifadəsi mədə-bağırsaq pozulması ilə yanaşı, əqli inkişafı zəiflədir və aqressiyaya səbəb olur.

Xəyalə Xatun / Metbuat.az