Dövlət Avtomobil Nəqliyyatı Xidməti kəskin hava şəraiti ilə bağlı qərargah yaradıb

15:17 7 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 15:15 ]

Bakı - APA-Economics. “Havaların kəskin soyuyacağı ilə bağlı Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsində müşavirə keçirilib”.

Bunu “APA-Economics”ə açıqlamasında idarənin rəis müavini Əmrah Cəfərov bildirib.

 

Ə. Cəfərov qeyd edib ki, iclasda nəqliyyat vasitələrinin saz vəziyyətə gətirilməsi ilə bağlı tabeli qurumlara tapşırıqlar verilib: “Bundan başqa hansı yollarda buzlaşma təhlükəsi yaranacaqsa, həmin yollara qum səpilməsi ilə bağlı müvafiq qurumlara müraciət ediləcək”.

 

İdarə rəisinin müavini onu da bildirib ki, əlavə maşınlar ayrılmaqla, avtobus sürücüləri iş yerlərinə çatdırılacaq: “İdarə rəisinin rəhbərliyi ilə qərargah da yaradılıb. Bundan başqa, vətəndaşlar hər hansı bir problemlə üzləşdikdə idarədə yaradılan qaynar xəttə (561 76 28) müraciət edə bilərlər”.

 

“Avtobusların qrafikində dəyişiklik edilə bilərmi” sualına cavab olaraq Ə. Cəfərov deyib ki, bu məsələ yaradılmış qərargahda müzakirə edilə bilər.

 

Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında yanvarın 8-də fasilələrlə yağış, qar yağacaq. Şimal-qərb küləyi şiddətlənəcək. Çovğun olacaq, gecəyə doğru yollar buz bağlayacaq.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368270

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR