Bakı Şopinq Festivalında bu mağazalardan alış-veriş etmək olar - SİYAHI

Bakı Şopinq Festivalında bu mağazalardan alış-veriş etmək olar - SİYAHI
11:37 10 Aprel 2017
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün başlayan Bakı Şopinq Festivalı çərçivəsində xidmət göstərən mağazaların siyahısı açılanıb.

Milli.Az xəbər verir ki, müştərilər mayın 10-dək "İdeal", "Soliton", "Next", "Carlo Pazolini", "Mango", "Albatros", "Celio", "Emporium Young", "Emporium Man", "Escada", "Scoop", "Tods", "Emporio Armani", "Guess", "Corneliani" və "VIP Aviasiya Xidmətləri" mağazalarında alış-veriş edə bilərlər.

Ticarət festivallarının keçirilməsində məqsəd Azərbaycanın turizm və iqtisadi potensialının yüksəldilməsi, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi ilə ölkənin ticarət dövriyyəsinin artırılmasının stimullaşdırılmasıdır. Bu festivallar həm də vergi sisteminin təşviqini, fiziki şəxslər tərəfindən Azərbaycanın ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması (ƏDV) sisteminin ölkədə tətbiqi ilə vergi inzibatçılığının daha da təkmilləşdirilməsini, rezident və qeyri-rezident vergi ödəyicilərinin xidmət sisteminin inkişaf etdirilməsini nəzərdə tutur.

Festival zamanı ilk dəfə olaraq Azərbaycan vətəndaşlarına da "Tax free" sistemi tətbiq ediləcək.

ƏDV qaytarılması sisteminə qoşulmuş obyektlərin üzərində xüsusi "Baku Shopping Festival - Tax Free" stikeri yerləşdiriləcək. Yalnız həmin nişan olan obyektlərdən mal alan Azərbaycan vətəndaşlarına ƏDV qaytarılacaq.

ƏDV-ni 5 bankın - "Kapital Bank", "PAŞA Bank", "Yapı Kredi Bank Azərbaycan", "Bank Silk Way" və "Azərbaycan Sənaye Bankı"nın filiallarında, həmçinin aşağıdakı ticarət mərkəzlərində quraşdırılmış köşklərdən geri almaq mümkün olacaq:

ƏDV köşkləri quraşdırılmış ticarət mərkəzləri

No

Adı

Ünvanı

1

28 Mall

Bakı, Azadlıq prospekti ilə Füzuli küçəsinin kəsişməsi, AZ 1000

2

Nərgiz Mall

Bakı, Səbail rayonu, Nizami küçəsi, 42, AZ 1000

3

Port Baku

Bakı, Səbail rayonu, Neftçilər prospekti, 153, AZ 1010

4

Park Bulvar

Bakı, Səbail rayonu, Neftçilər prospekti, 1, AZ 1001

5

Metro Park

Bakı, Nərimanov rayonu, Təbriz küçəsi, 106A, AZ1000

6

Gənclik Mall

Bakı, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, AZ 1000

Bakı Şopinq Festivalının TƏQVİMİ və mağazaların SİYAHISI

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/533631.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR