Saçlarınız ağarıb?

Ağ saçların çoxluğu kişilərdə ürək-damar xəstəliyi riskindən xəbər verir.

Metbuat.az bildirir ki, Kair Universitetinin tədqiqatçıları 545 yetkin kişi üzərində müşahidələr aparıblar. Ağarmış saça sahib olan güclü cinsin nümayəndələrində daha çox ürək xəstəliyi və qan damarlarının tıxanıqlığı müşahidə olunub. Tədqiqatda yaş faktoru nəzərə alınmayıb, İştirakçılar arasında ağ saçın yayılması və dərəcəsi qiymətləndirilib. Saçlarında ağ tüklər olmayan kişilərdə bu xəstəliklərin olmaması da qeyd olunur.

Qeyd edək ki,saçların ağarması orqanizimdə gedən bir neçə prosesin nəticəsində baş verir. Saçların ağarmasının əsas səbəbləri DNA yenilmə prosesinin pozulması, oksidləşdirici stress, soyuqdəymə, hormonal dəyişikliklər və hüceyrələrin yaşlanmasıdır.

Xəyalə Xatun / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR