"Ermənistana sanksiyalar tətbiq olunmalıdır, yoxsa..."

"Ermənistana sanksiyalar tətbiq olunmalıdır, yoxsa..."
07:37 12 Aprel 2017
85 Ölkə
Ölkə mətbuatı
A- A+

"Beynəlxalq təşkilatlar, BMT və ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq etməli, sanksiyalar tətbiq olunmalıdır. Bu sanksiyalar və təzyiqlər olmayanadək Ermənistan sülh istiqamətində heç bir addım atmayacaq və mövcud status-kvonu qoruyub saxlamağa çalışacaq".

Bu barədə Milli.Az-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi fikirlərinə dəstək olaraq olaraq bildirib.

Millət vəkili təəssüflə qeyd edib ki, ATƏT-in Minsk qrupunun uğursuzluğunun və münaqişənin həlli ilə bağlı heç bir ciddi nəticə əldə edə bilməməsinin səbəbi bu təşkilatın fəaliyyətində mövcud olan hüquq normalarına əsaslanmamasıdır: "Təcavüzkar sülhə məcbur edilmir. Bu istiqamətdə müvafiq təzyiqlər yoxdur. Hazırda Minsk qrupu demək olar ki, Ermənistanın sahiblərinin inhisarındadır və bu ölkəyə qarşı hər hansı qınaq, onu sülhə məcburetmə istiqamətində heç bir fəaliyyət görmürük".

Ona görə də A.Mollazadənin fikrincə, bu mühiti yaratmaq üçün dünyada mövcud hüquqi normalar bərqərar olunmalıdır: "Azərbaycanın dünyadan gözlədiyi də hüquq, haqq və ədalətdir. Bunun üçün isə işğalçı Ermənistana təzyiqlər edilməlidir. Bunlar BMT-nin arsenalında olan qərarlar və sanksiyalar əsasında olmalıdır. Təəsüf ki, indiyədək beynəlxalq strukturlar bu istiqamətdə addım atmayıblar. Belə bir addım olmayanadək inanmıram ki, Ermənistan ciddi şəkildə sülh danışıqlarına getsin".

İlham Əliyev: "Ermənistan nə qədər tez danışıqlar masasına qayıtsa, onlar üçün bir o qədər yaxşı olacaq"

Qeyd edək ki, prezident İlham Əliyev adıçəkilən iclasda deyib: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Postsovet məkanında mövcud olan digər münaqişələrdən fərqli olaraq, BMT Təhlükəsizlik Şurası bu münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. O qətnamələr bəllidir, bütün dünya bunu bilir, erməni işğalçı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bax, budur əsas prinsip və bu prinsipdən kənarda heç bir başqa məsələ müzakirə oluna bilməz.

Onu da qeyd etməliyəm ki, Ermənistanın bütün cəhdlərinə baxmayaraq, onların qeyri-konstruktiv və qeyri-səmimi siyasəti artıq qınaq obyektinə çevrilib. Onlar nə qədər tez danışıqlar masasına qayıtsalar, onlar üçün bir o qədər yaxşı olacaq. Çünki Azərbaycan gündən-günə güclənir, möhkəmlənir, həm siyasi, həm hərbi, həm iqtisadi potensialımız artır və gec-tez biz bu məsələni istədiyimiz kimi ədalətli həll edəcəyik".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/533993.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR