Elçin Əlibəylidən sərt açıqlama:

Tanınmış aparıcı, teletənqidçi Elçin Əlibəyli yerli aparıcıların nöqsanlarından danışmaq istəməyib.

Buna səbəb kimi, Dilçilik İnstitutu monitorinqinə əsasən onu Azərbaycanın ən çox nitq qüsuru olan aparıcısı kimi təqdim etməsidir. Elçin Əlibəyli Metbuat.az-a danışaraq, Dilçilik İnstitutunun əməkdaşlarına sərt ismarış göndərib:

“Uzun müddətdir müşahidə aparmıram. Ona görə də heç bir aparıcıya qarşı fikir səsləndirə bilmərəm. Düzdür, vaxtında bu haqda çox yazmışam, hətta kitablarımda bu məsələyə toxunub, ad çəkmişəm. Amma indi müşahidə aparmıram. Çünki bizim hörmətli Dilçilik İnstitutunda çalışanlar yığışıb, məşvərət edib belə qərara gəldilər ki, Azərbaycanda ən pis nitqə malik, nitq qüsuru olan aparıcı mənəm. Bunu eşidəndən sonra anladım ki, mənim kiməsə irad bildirməyim düzgün deyil. Dilçilik İnstitutunun əməkdaşları özləri Azərbaycan dilində danışa bilmir. Sözü də düzgün yazmamışdılar. Nitq qüsuru fiziki qüsur deməkdir. Amma hansısa sözü düzgün tələffüz etməmək başqa şeydir. Təəssüf ki, həmin universitetin gülməşəkər əməkdaşları belə monitorinqlər edəndən sonra vəziyyət daha da qəlizləşdi. Onlar monitorinq keçirirlər, amma AZTV, İctimai TV, ya da digər özəl kanallar haqqında fikir bildirmirlər, çünki çəkinirlər. Bircə "Space" kanalına gücləri çatır, ona görə də hər dəfə o kanalın üstünə düşürlər”.

Rəvan Nasiroğlu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR