Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulacaq. Fanat.Az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.
Medalların taleyinə aydınlıq gəlməsi baxımından hər iki matç həlledici ola bilər.
İlk görüş Gəncədə olacaq. “Kəpəz”in qonağı olan “Qəbələ” çempionluğa olan nəzəri şanslarını qorumaq üçün qalib gəlməlidi. Əyalət klubunun istənilən xal qazancı “İnter”in gümüş xəyalı ilə vidalaşması ilə nəticələnməsi mümkündü. Təbii ki, bakılıların oyununun nəticəsi də önəmlidi. Belə olan halda, Roman Qriqorçukun yetirmələri ən azı gümüşü təmin edəcək.
Məğlubiyyət isə “qırmızı-qaralar”ın qızıl sevdasının sonu ola bilər. Amma bunun üçün digər oyunda da “Qarabağ”ın qalib gəlməsi lazımdı. Ağdamlıların qələbəsi turu xalsız başa vuran “Qəbələ”nin qızıldan əl çəkməsi, Qurban Qurbanovun yetirmələrinin ardıcıl 4-cü çempionluğu üçün yetərli olacaq.
Lakin Gəncədəki görüş meydan sahiblərinin avrokubok mübarizəsi baxımından da önəmlidi. “Kəpəz” qalib gəlməsə, Şahin Diniyev və yetirmələri “Əlvida, Avropa” deyə bilər. Amma bunun üçün Sumqayıtda tərəflərdən birinin qalib gəlməsi lazımdı.
Tura mərkəzi oyunla yekun vurulacaq. Artıq mükafatları təmin edən “İnter”lə “Qarabağ” paytaxt təmsilçisinin meydanında üz-üzə gələcək. Qızıl şansı qalmayan bakılılar cari mövsüm uduzmadığı rəqibi növbəti dəfə büdrətməyə çalışacaq.
“İnter” qələbə qazansa gümüş şansını da qoruyacaq. Zaur Svanadzenin yetirmələri heç-heçə etsə, “Qəbələ” qalib gəlsə və ya bakılılar uduzsa, “qırmızı-qaralar” xal qazansa, onda “bankirlər”in gümüş xəyalı sona çatacaq və bürüncün sahibi rəsmiləşəcək.
Ağdam klubu isə izləyicisi ilə 4 xallıq fərqi qorumaq üçün qalib gəlməlidi. Səfərə 3 xal üçün yollanacaq Qurbanovun yetirmələri Gəncədəki matçın nəticəsini bildiyindən meydana daha rahat çıxacaq. Qərbdəki qarşılaşmada “Qəbələ”nin uduzması “İnter Arena”dakı görüşə qızıl əhəmiyyəti verəcək. Çünki qazanılacaq 3 xal “Qarabağ”ı qızıl medallara və Çempionlar Liqasına daşıyacaq. Digər hallarda isə çempionluq intriqası ən azı növbəti turadək davam edəcək.
Qeyd edək ki, turun iki oyunu dünən baş tutub. "Zirə" - "Sumqayıt" oyunu 1:1 hesabı ilə yekunlaşıb, "Neftçi" AZAL-ı darmadağın edib.
Premyer Liqa
2016/17 mövsümü
IV dövrə, XXVI tur
16 aprel
16.00 Kəpəz - Qəbələ 0:0
Kəpəz: 30. Davud Kərimi, 21. Novruz Məmmədov, 36. Renan Silva, 25. Şəhriyar Əliyev, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 18. Tural Axundov (k), 19. Orxan Əliyev, 77. Serjio Kosta, 10. Dario Federiko, 90. Julien Ebah.
Ehtiyat oyunçular: 88. Tadas Simaitis, 80. Tural Rzayev, 7. Vüqar Bəybalayev, 17. Nicat Qurbanov, 9. Tural Qürbətov, 15. Azad Kərimov, 68. Əli Nuri.
Baş məşqçi: Şahin Diniyev.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 5. Rasim Ramaldanov, 6. Rəşad Sadiqov (k), 9. Sergey Zenyov, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 20. Rikardinyo, 32. Rəşad Eyubov, 77. Araz Abdullayev, 88. Tellur Mütəllimov.
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 8. Qismət Alıyev, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov, 27. Teo Uiks, 34. Urfan Abbasov.
Baş məşqçi: Roman Qriqorçuk.
Hakimlər: Ömər Paşayev, Nahid Əliyev, Vaqif Musayev, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Arif Fərəcov.
Hakim inspektor: Rövşən Əhmədov.
Gəncə şəhər stadionu.
18.30 İnter - Qarabağ
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, İsgəndər Əliyev, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Hakim inspektor: Kərim Ağayev.
“İnter Arena”.
1. Qarabağ 25 16 5 4 39-12 53
2. Qəbələ 25 13 10 2 43-14 49
3. İnter 25 11 10 4 36-25 43
4. Zirə 26 8 9 9 23-26 33
5. Sumqayıt 26 8 8 10 25-32 32
6. Neftçi 26 9 2 15 23-40 29
7. Kəpəz 25 6 9 10 19-26 27
8. AZAL 26 1 7 18 12-45 10
Bombardirlər: Filip Ozobiç (Qəbələ) - 11. Rauf Əliyev (İnter) - 9.
Fanat.Az