"Müdirəm" deyib qovdu, xəstə gedib evində öldü — TƏRTƏRDƏ ŞOK HADİSƏ - VİDEO

"Müdirəm" deyib qovdu, xəstə gedib evində öldü — TƏRTƏRDƏ ŞOK HADİSƏ  - VİDEO
11:33 18 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Tərtər rayonunda həkim xəstəni müayinə etməkdən imtina edib və xəstə evə gedən kimi dünyasını dəyişib.

Dünən Tərtər Mərkəzi Rayon Xəstəxanasının poliklinika şöbəsinin müdiri Gülarə Əhmədova Sadiq adlı şəxs tərəfindən edilən müraciəti rədd edib. Bildirib ki, o, şöbə müdiridir və xəstə müayinə edə bilməz. Bundan sonra evə gedən xəstə ürək tutmasından keçinib.

Əldə etdiyimiz məlumata görə, hadisədən sonra xəstəxanada vəfat edən şəxsin qohumlarıyla G.Əhmədova arasında münaqişə yaranıb.

Xatırladaq ki, bu, ixtisasca kardioloq olan Gülarə Əhmədova ilə bağlı ilk belə hal deyil.

Şöbə müdiriylə pasiyentlər arasında bir müddət öncə düşən davanın videosunu da təqdim edirik. Görüntülərdə bir kişi ondan hansısa sənəd üçün 20 manat tələb olunduğunu və bu səbəbdən "süründürüldüyünü" söyləyir.

(ölkə.az)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR