“Facebook”-da canlı yayım vasitəsilə silsilə qətllər törədən qatil özünü öldürüb.

Metbuat.az xəbər verir ki, Stiv Stivenson adlı bu şəxs təslim olmaqdan imtina edərək, özünü öldürüb. Faktı ABŞ-ın Pensilvaniya polisi təsdiqləyib.

“McDonald’s-ın qarşısında qatilin avtomobilinin olduğu müəyyənləşdirilərək, hadisə yerinə əməliyyat briqadası göndərilib.

"Ona yaxınlaşanda artıq gec idi. Təəssüf ki, qatili məhkəməyə təslim edə bilmədik”, - deyə polis rəisi bildirib.

Aytən Novruzova / Metbuat.az