Moskvanın "Qırmızı meydan"ındakı Lenin mavzoleyi ziyarətçilər üçün müvəqqəti bağlanılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Federal Mühafizə Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, mavzoley aprelin 23-dən mayın 15-dək Qırmızı meydanda Qələbə günü münasibətilə keçiriləcək tədbirə hazırlıq məqsədilə bağlı olacaq.

9 mayda isə Kreml ziyarətçilər üçün tamamilə bağlanacaq.

Aytən Novruzova / Metbuat.az