Bu gün Azərbaycan ordusunun baş leytenantı Kamil Musəvinin xoş günüdür.
Metbuat.az xəbər verir ki, Kamil ikinci dəfə oğul atası olub. Sevincini oxucularımızla bölüşən Qarabağ qazisi keçirdiyi hisslərdən danışıb:
“Hədsiz sevincliyəm. Hələ ki, övladıma ad qoymamışıq. Sabah xəstəxanadan evə aparacayıq. iki oğul atası olmaq mənə xüsusi sevinc yaşadır. Onların gələcəkdə mənə dayaq olacaqlarını fikirləşdikcə gözlərim yaşarır. Övladlarımın vətənpərvər ruhda böyüməsi üçün əlimdən gələni əsirgəməyəcəm. Hərbçi olmaq istəsələr, heç vaxt buna mane olmaram, təki hərb sənətinə sevgiləri olsun. Sevgi qoyulmayan işin bəhrəsi də olmaz. Xoş günümdə yanımda olduğunuz üçün təşəkkür edirəm”.
Aytən Novruzova / Metbuat.az