Filip Kirkorov uşaqları xilas etməyə çağırdı - AÇIQLAMA

Rusiyalı müğənni Filip Kirkorov daim xeyriyyəçiliklə məşğul olduğunu deyib.

Metbuat.az xəbər verir ki, Rusiyanın xalq artisti xeyriyyə fondları ilə əməkdaşlığından danışıb:

“Mən xeyriyyə işləri ilə məşğul olsam da, bunu nümayiş etdirməyə ehtiyac görmürəm. Bəziləri isə bundan reklam məqsədilə istifadə edir. Güllər, hədiyyələr əvəzinə hansısa uşağın həyatını xilas etməyə önəm verirəm. İnsanlar pulu hara xərclədiklərinə fikir verməlidir”, - deyə Kirkorov bildirib.

Qeyd edək ki, xalq artisti 30 apreldə 50 yaşını qeyd edəcək.

Aytən Novruzova / Metbuat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR