XX əsrin tiranı Adolf Hitlerin övladının olduğu ortaya çıxıb.
Metbuat.az xəbər verir ki, Hitlerin Fransalı rəqqasədən qanundan kənar oğlunun dünyaya gəldiyi məlum olub. Fransalı Jan Mari Lore 1977-ci ildə özünü Hitlerin oğlu elan edir. Onun anası Şarlot Lobjua 30-cu illərdə Parisə gələrək, professional rəqqasəliklə məşğul olub.
Babası və nənəsi tərəfindən tərbiyə olunan Jan Mari sonralar tanınmış sahibkara çevrilir. Anası ölüm ayağında olarkən ona Hitlerin oğlu olduğunu bildirir.
Belçikalı jurnalist Jan Pol Malder Jan Maridən qan götürərək DNK testi etdirsə də, onun Hitlerlə heç bir əlaqəsinin olmadığı ortaya çıxıb.
Aytən Novruzova / Metbuat.az