Pitsa xəmirinin bərk alınmaması üçün belə edin

Pitsa sevirsiniz, ancaq xəmiri bərk alınır?

Metbuat.az xəbər verir ki, pitsanı bu reseptlə hazırlasanız, xəmiri yumşaq, dadlı ləzzətli olacaq.

Tərkibi:

Xəmir üçün:
1 stəkan yarım ilıq su
2 çay qaşığı quru maya
yarım çay qaşığı şəkər
1 çay qaşığı duz
4 stəkan un
1/4 stəkan əridilmiş marqarin

Üzəri üçün:
Sosiska
Pomidor
Qarğıdalı
Qara zeytun
Pendir
Əlavə də zövqünüzə görə nə istəsəniz


Hazırlanmasına gəldikdə, ilıq su,maya və şəkəri kiçik bir qabda qarışdırın, şişənə qədər gözləyin. Un və duzu geniş bir qabda qarışdırın və ortasını açaraq yağ və mayanı əlavə edin. Qarışdırın. Üzərinə yüngülcə un səpərək xəmirinizi yoğurun. Üzərini bezlə qucaqlayaraq yarım saat istirahət etdirin.İstədiyiniz böyüklükdə (2 parça tövsiyə edirik) oxlovla açın. Üstünə pomidor püresini yaydıqdan sonra qalanlarını yerləşdirin. Ən son pendiri də əlavə 200 dərəcədə 15-20 dəqiqə bişirin.

Onu da qeyd edək ki, pitsanın üzərinə zövqə görə istədiyiniz məhsulu əlavə edə bilərsiniz, sadaladıqlarımız şərti xarakter daşıyır.

Nuş olsun!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR