Deputat: Gənclərimiz fəaliyyətləri ilə Azərbaycanı daha da yüksəklərə qaldıracaqlar

Deputat: Gənclərimiz fəaliyyətləri ilə Azərbaycanı daha da yüksəklərə qaldıracaqlar
14:43 1 May 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Milli Məclisdə “Heydər Əliyev milli parlamentarizmin banisidir”: Gəncləri gözü ilə” mövzusunda dəyirmi masa keçirilib.

Trend-in məlumatına görə, Milli Məclisin Gənclər və idman komitəsinin təşkilatçılığı ilə keçirilən iclasda gənclər təşkilatlarının nümayəndələri də iştirak ediblər.

Dəyirmi masada çıxış edən komitə sədri Fuad Muradov bildirib ki, belə bir tədbirin parlamentdə keçirilməsi çöx böyük hadsədir:

“Hər bir Azərbaycan gənci Ulu Öndərin siyasətini hər zaman dəstəkləyir və hər biri fəxr edir ki, Azərbaycan məhz əsası Ulu Öndər tərəfindən qoyulan siyasət nəticəsində nəhəng bir dövlətə çevrilib. Əminəm ki, bu günkü gənclərimiz də gələcək fəaliyyətləri ilə Azərbaycanı daha da yüksəkliklərə qaldıracaqlar”.

F.Muradov bildirib ki, bu gün gənclərimizin və idmançılarımızın qanunvericilik istiqamətində öz komitəsi var: “Bunun özü böyük inkişaf deməkdir. Biz hər birimiz bu gələcəyi qorumağa borcluyuq”.

Tədbirdə daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib ki, əslində ölkəmiz müasir Azərbaycan dövləti Ulu Öndərin əsəridir: “Elə bir sahə yoxdur ki, Ulu Öndərin orada xeyir-duası olmasın. Azərbaycan Prezidenti İlham Əliyevin də söylədiyi kimi müasir Azərbaycan dövləti Ulu Öndərin şah əsəridir”.

O qeyd edib ki, Azərbaycan xalqının müstəqiliyinə qovuşmasında Ulu Öndərin misilsiz xidmətləri var:

“1993-cü ilin iyun ayının 15-də Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azəraycanda milli parlamentarizmin əsası qoyuldu. 2005-ci ilə qədər Azərbaycan parlamentinin vəziyyəti, binası heç də yaxşı deyildi, bir çox məsələlər geri qalırdı. Lakin 2006-cı ildə 4 ay müddətində millət vəkilləri üçün gözəl şərait yaradılaraq, Azərbaycan parlamentinin binası pataxtın ən gözəl binalarından birinə çevrildi”.

Daha sonra Ümummilli Lider Heydər Əliyevə həsr olunan video-çarx təqdim edilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2748701.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR