Toyuq şinitzelin ləzzətli olması üçün belə edin

Ləzzətindən doymayacağınız, xüsusilə uşaqların sevimli yeməyi olan toyuq şinitzel hazırlamağa nə deyirsiniz?

Metbuat.az toyuq şinitzel hazırlamağın ən sadə üsulunu təqdim edir.

Ərzaqlar :
2 ədəd toyuq filesi
1 su stəkanı suxarı
1 su stəkanı un
Yarım su stəkanı süd
2 yumurta
Duz, istiot
Qızartmaq üçün duru yağ

Hazırlanmasına gəldikdə, toyuğun filesini 1santimetr qalınlığında parçalara kəsərək hazırlayın. Duz əlavə edib qarışdırın. Üç geniş qab hazırlayıb bir dənəsinə süd və yumurtanı, digərinə unu, bir digərinə də suxarını boşaldın. Hər bir qarışığa duz əlavə edib qarışdırın.

Toyuq tikələrini əvvəl una sonra yumurta qarışığına daha sonra suxarıya bulayarak bir kənara alın.

Qızğın yağda qızardaraq servis edə bilərsiniz.

Nuş olsun!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR