De Mistura Astanada Suriya üzrə danışıqlarda iştirak edəcək

De Mistura Astanada Suriya üzrə danışıqlarda iştirak edəcək
05:15 2 May 2017
69 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Staffan De Mistura 3-4 may tarixlərində Astanada keçiriləcək Suriya üzrə danışıqlarda iştirak edəcək.

Trend-in "TASS"a istinadən veridyi xəbərə görə, bu barədə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Misturanın ofisi məlumat yayıb.

"BMT-nin baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura may ayının 3-4-də Astanada yüksək səviyyəli görüşə qatılacaq", - məlumatda deyilir.

Xüsusi nümayəndənin ofisində qeyd ediblər ki, de Mistura Astanada sülhün təminatçısı olan ölkələrlə (Rusiya, Türkiyə, İran) məsləhətləşmələr aparmaq niyyətindədir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2748929.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR