Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, X.Xələfov Azərbaycan hökuməti adından Qırğız Respublikası hökuməti və xalqına, həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Nazir müavini xəsarət alanların tezliklə şəfa tapmasını diləyib. Həmçinin, səfirlikdə faciə ilə əlaqədar açılmış matəm kitabında Azərbaycan hökuməti adından başsağlığını yazıb.
Qeyd edək ki, aprelin 29-da Oş vilayətində baş verən torpaq sürüşməsi nəticəsində 24 nəfər ölüb.