Qaynadılmış kartofa sirkə əlavə edin

Kartof qaynadarkən mətbəxdə işinizi asanlaşdıracaq bu üsullarla kartofunuz daha ləzzətli olacaq.

Metbuat.az xəbər verir ki, kartofları qaynadarkən suyuna bir qaşıq sirkə qoysanız, kartofun dağılmasını əngəlləyəcək.

Qabdakı suyun daşmaması və kartofların çatlamaması üçün vam xodda bişirin.

Bişmə müddətini azaltmaq üçün suyun içərisinə bir qaşıq marqarin əlavə edə bilərsiniz.

Qaynadılmış kartofları asanlıqla soymaq üçün bişirməzdən əvvəl kartofların ortasından dairəvi şəkildə qabığını çəkin.

Kartof qaynayarkən ayrı bir qabda suya buz atın. Qaynamış kartofları bu suda saxlasanız, qabığından daha tez ayıra biləcəksiniz.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR