Qayğanağın yumurtasına süd əlavə edin

Qayğanaq asan bişirilən yemək olsa da, bir çoxları onu səhv bişirir.

Metbuat.az xəbər verir ki, qayğanaq bişirərkən bəzi məqamlara diqqət etmək lazımdır. Yumurtanın təzə olduğundan əmin olun. Tava seçimi çox vacibdir. Tavanın qalın olmamasına diqqət edin. Titanium tavalara üstünlük verin. Yanmayan, cızılmayan və ləkə tutmayan tavalar daha sərfəlidir. Tavanı yaxşı qızdırdıqdan sonra yumurtanı əlavə edin ki, yapışmasın. Əgər qayğanağın yumurtasını südlə çalsanız (1 yumurtaya 1 xörək qaşığı süd) daha ləzzətli olacaq. Zəif odda bişirilmiş qayğanaq bərk odda bişmiş qayğanaqdan dadlı olur.

Qeyd edək ki, yumurta insan orqanizminin normal inkişafı üçün zülal, aminturşular, makro və mikroelementlərlə - kalsium, kalium, fosfor, maqnezium, natrium, xlor, kükürd, dəmir, sink, yod, mis, kalium permanqanat, xrom, ftor, molibden, bor, kobalt ilə çox zəngindir. Həmçinin, tərkibində B qrupu vitaminlər (B1, B2, B3, B6, B9, B12) və E, C, D,A, H, PP, K vitaminləri vardır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR