3 May Dünya Mətbuat Azadlığı günündə məşhur əl-Cəzirə TV-nin ingilisdilli saytında Xədicə İsmayılın "Araşdırma jurnalistikasının artan önəmi" adlı məqaləsi dərc edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məqalədə Xədicə İsmayıl Azərbaycan hökumətini tənqid edib.

Bunun ardınca saytda Azər Həsrətin "Dövlət maraqları ifadə azadlığını sıxışdırırmı?" başlıqlı geniş yazısı dərc edilib. Əl-Cəzirə hər iki yazını fərqli mövqe kimi yayımlayıb.

Azər Həsrət yazısında, Azərbaycanda medianın durumu ilə bağlı Xədicə İsmayıldan fərqli mövqe ilə çıxış edib.

Azər Həsrətlə Xədicə İsmayıl əl-Cəzirədə üz-üzə gəldilər - FOTO

X.İsmayıl isə dərhal atdığı tvitdə Azər Həsrəti hakimiyyətin sözçüsü adlandırıb: "Azərbaycan hakimiyyətinin sözçüsü mənə cavab verdi. Özü də o, Beynəlxalq Mətbuat İnstitutu və başqa beynəlxalq qurumların adı altında kölgələnir".

Azər Həsrətlə Xədicə İsmayıl əl-Cəzirədə üz-üzə gəldilər - FOTO

Maraqlıdır ki, Xədicə İsmayılın bu reaksiyası ermənilər tərəfindən dərhal diqqətə alınıb və onların ən fəallarından olan Eni Vandaryan adlı Tvitter istifadəçisi belə bir paylaşım edib: "Azərbaycan hakimiyyətinə loyallığının əvəzində bugünlərdə İndoneziya səfərilə mükafatlandırılan rejim tərəfdarı - qulluqçusu Azər Həsrətin yazısı".

Azər Həsrətlə Xədicə İsmayıl əl-Cəzirədə üz-üzə gəldilər - FOTO

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində