Belçika mətbəxinə məxsus olan “Waffle” demək olar ki, hər kəsin sevimli şirniyyatına çevrilib. Bəs, dadlı “waffle” yemək üçün mütləq restorana getməliyik? Təbii ki, yox.

Metbuat.az evdə “waffle” hazırlamağın qaydasını təqdim edir:

Tərkibi:

2 yumurta
1 stəkan süd
1 paket qabartma tozu
4 yemək qaşığı şəkər
1 stəkan yarım un
1 çimdik duz
1 paket vanil

Üzəri üçün:
Müxtəlif meyvələr
Fındıq, nutella

Hazırlanmasına gəldikdə, yumurta və şəkəri köpük halına gələnə qədər çırpırıq. Süd, qabartma tozu, unu əlavə edərək keks xəmiri formasında xəmir əldə edirik.
Waffle aparatına bir çömçə xəmir əlavə edib bişiririk. Əgər aparatınız yoxdursa, tavada da etmək mümkündür.

Nuş olsun!