"Report"un məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə F.Hacıyev 6 il, Ş.Hüseynov isə 4 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən S.Abdullayevin barəsində isə bəraət hökmü çıxarılıb. Hökmə əsasən onun barəsində verilən ittihamlar məhkəmə istintaqı zamanı sübuta yetirməyib.
Qeyd edək ki, ittiham aktına əsasən hər 3 şəxs Qaradağ rayonu Xocasən qəsəbəsində olan “GE Petrol”a daxil olaraq 30 manatlıq benzini soyğunçuluq yolu ilə ələ keçirməkdə təqsirli biliniblər.