Ana bətnində uşağın cinsiyyəti necə formalaşır?

Təxminən 7 həftəliyində uşağın daxili cinsiyyət orqanları, yəni “testis”, yumurtalıq kimi qismlər əmələ gəlməyə başlayır. Qız və oğlan eyni toxumalardan yarandığı üçün cinsiyyət quruluşu da bir-birlərinə bənzəyir.

Qız cinsiyyət orqanının formalaşması

Ayaqlar arasında kiçik bir tumurcuq ortaya çıxır və sonradan “klitos” halına gəlir. Bu tumurcuq formaları daha sonra “vulva” və “vaginal” açılış olmaq üzrə bölünür. 22 həftəlik olduğunda qarındakı çanaq hərəkətləri yardımı ilə yumurtalıq tamamilə formalaşır. Təxmini bir ömür boyunca 6 milyon yumurta istehsal etmək üçün ilk addımlar atılır.

Kişi cinsiyyət orqanının formalaşması

Kişilərdə tumurcuq 12 həftəsində “penis” formasını alaraq çölə doğru inkişaf etməyə başlayır. 22 həftəliyində testis (xaya) əmələ gəlir.

Uşağın cinsiyyətini anlamaq üçün 17 həftəlik olana qədər gözləməlisiniz.

Yuxarıda sadaladıqlarımızı göstərən möhtəşəm bir video ilə ana bətnində uşağın cinsiyyətinin necə formalaşdığını görəcəksiniz:

Aysel Yaqubqızı / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR