Fransa prezidenti Emmanuel Makron ilk səfərini Almaniyaya edəcək.

Metbuat.az xəbər verir ki, Almaniya hökumətinin sözçüsü Steffen Seibert Fransadakı seçkilərin nəticələrinin açıqlanmasından sonra Angela Merkelin Makrona zəng etdiyini bildirib:

"Merkel fransız-alman dostluq əlaqələrinin daha da genişləndirilməsində maraqlıdır və həyəcanla bu görüşü gözləyir".

Aytən Novruzova / Metbuat.az