Çəki atmağa yardım edən təbii içki

Bir neçə həftə ərzində artıq çəkilərinizdən xilas ola biləcəksiniz.

Metbuat.az xəbər verir ki, idman və sağlam pəhrizlə paralel şəkildə hər səhər bu qarışıqdan içsəniz, nəticəni tez bir zamanda görəcəksiniz.

Lazım olan ərzaqlar:

1 ədəd kərəviz sapı

1 ədəd xiyar

1 stəkan doğranmış cəfəri

3 parça təzə ananas

Tərəvəzləri yaxşıca yuyun. Ananası soyun. Bütün məhsulları blenderə atın. Duz, istiot, şəkər əlavə etməyin. Qarışığı hazırladıqdan 15 dəqiqə sonra içməlisiniz. Hər səhər acqarına bu qarışıqdan için.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR