Berlindəki PKK tərəfdarları terrorçu qruplaşmaya qarşı istifadə olunacaq Almaniya istehsallı tankın nümayişə çıxarılmasına etiraz edib.

Metbuat.az xəbər verir ki, etiraz Türkiyədə tank istehsalı ilə məşğul olmaq istəyən alman şirkətini pis vəziyyətdə qoyub.

Etirazçılar tankların gələcəkdə PKK-ya qarşı istifadə olunmamasını tələb edib. Alman şirkəti Türkiyədə tank istehsalı ilə məşğul olan zavodun fəaliyyətə başlaması üçün Türkiyə hökümətilə 3 il ərzində 20 görüş keçirib.

Etirazçılar almanca yazılmış “Ərdoğana tank yoxdur” şüarlı plakatlar qaldırıb.

Aytən Novruzova / Metbuat.az