Ermənistanın hökumət binası önündə sahibkar Vardqes
Qaspari etiraz aksiyası keçirib.
Publika.az xəbər verir ki, sahibkar baş nazir Karen
Karapetyanı “oğurluğun xaç atası” adlandırıb.
“Karen Karapetyan “primitiv oğurluğun xaç atası”dır”, - da sahibkar
hökumət binasının önündə çıxış edib.
“Epress” saytının məlumatına görə, erməni sahibkar Gürcüstandan adi
malları - elektrik gərginliyini ölçən cihazlar, televizor pultları,
istilik requlyatorları və s. idxal edir. Lakin “Zvartnos”
gömrüyünün müdiri ona Gürcüstan mallarını idxal etməyə icazə vermir
və qeyd edir ki, əmr yuxarıdan verilib.
Vardqes Qaspari baş naziri, eləcə də hökuməti istefaya çağırıb.
Məlumata görə, iki polis əməkdaşı ona aksiyanı davam etdirməyə
imkan verməyib. Polislər sahibkara hücum edərək, plakatı əlindən
alıblar.
Lakin Vardqes Qaspari ilə birlikdə digər insanlar da aksiyaya
qoşulub. Polislər isə onlara zorakılıq tətbiq edib.
“Siz necə insanlarsınız? Adamı infarkta qədər çatdırırsınız? Gedin,
Vova Qasparyanın (polis rəisi) ayaqqabısını yalayın”, - deyə
nümayiıçilər polislərə qışqırıblar.
Asif